Monitora aid faydalı məlumatlar

1.Qapağı çıxartmayın!
*Bu elektrik cərəyanının vurmasına səbəb ola bilər.
*Göstərilən xidmətlər peşəkar ustalar tərəfindən həyata keçirilməlidir
2.Əgər monitor normal işləmirsə, monitordan qəribə səslər gəlirsə,hər hansı bir iy hiss edrsinizsə, o zaman Servis mərkəzinə müraciət edin!
*Bu növ yaranan problemlər- elektrik cərəyanının vurmasına və ya yanğına səbəb ola bilər.
*Göstərilən xidmətlər peşəkar ustalar tərəfindən həyata keçirilməlidir.
3.Cihazı elə quraşdırın ki, birbaşa olaraq nəm və rütubətin təsiri altında olmasın!
*Belə hallar cərəyanının vurmasına və ya yanğına səbəb ola bilər.
*Əsasən də monitoru açıq havada,suya yaxın ərazilərdə quraşdırmayın.Cihazı üzərinə qar və yağış damcılarının düşməsindən qoruyun.
4.Monitorun yerə düşməsi zamanı dərhal onu elektrik şəbəkəsindən ayırın və servis mərkəzinə müraciət edin!
*Əks halda monitorda yarana biləcək problem - elektrik cərəyanının vurması və yanğın təhlükəsi yarada bilər.
5.İldırım zamanı və cihazdan uzun müddət istifadəolunmadıqda, onu elektrik şəbəkəsindən ayırmağınız məsləhət görülür!
* Əks halda monitorda yarana biləcək problem - elektrik cərəyanının vurması və yanğın təhlükəsi yarada bilər.
6.Siqnal kabelindən və ya məftildən tutaraq monitorun yerini dəyişməyin!
*Kabelin zədələnməsi nəticəsində elektrik cərəyanının vurması baş verə bilər və yanğın ola bilər.
7. Siqnal kabelindən və ya məftildən tutaraq monitoru sağ və sol istiqamətlərə dartmayın!
*Kabelin zədələnməsi nəticəsində elektrik cərəyanının vurması baş verə bilər və yanğın təhlükəsi yarana bilər.
8.Monitorun korpusunda olan ventilyasiya dəliklərini heç bir maneə ilə örtməyin!
*Vetilyasiyanın zəif olması cihazın zədələnməsinə və yanğına gətirib çıxara bilər.
9.Monitor üzərinə heç bir qabda su, kimyəvi reaktivlər və xırda metal əşyalar qoymayın!
*Bu problemlərin yaranmasına,elektrik cərəyanının vurmasına və yanğına səbəb ola bilər.
*Monitorun daxilinə kənar əşyaların düşməsi zamanı cihazı elektrik şəbəkəsindən ayırın və Servis mərkəzinə müraciət edin.
10.Cihazı yanğın təhlükəsi olan aerozol və digər vasitələrdən uzaq saxlayın!
*Bu partlayışa və ya yanğına səbəb ola bilər.
11.Monitorda olan dəliklərə heç bir metal əşyalar qoymayın!
*Bu elektrik cərəyanı vurmasına,yanğına və ya zədəyəsəbəb ola bilər.
12.Metal əşya və aksessuarları (məs şurup) və təhlükəli əşyaları  (məs kağız və kibrit) ventilyasiya dəliklərinə,qulaqlıq üçün olan dəliklərə və ya AV portları üzərinə qoymayın!
*Bu elektrik cərəyanının vurmasına və yanğına səbəb ola bilər. Əgər cihaza su və ya digər kənar əşya düşərsə o zaman cihazı elektrik şəbəkəsindən ayırın və Servis mərkəzinə müraciət edin.
13.Aşağıda qeyd olunmuş göstərişlər əsasında tezliyitənzimləyin!
20 düym (51 sm) – 1680 x 1050
*Düzgün təyin olunmayan tezlik gözün görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
14.Uzun müddət iti bucaq altında monitora baxmaq gözün görmə qabiliyyətində problem yarada bilər.
15.Monitorla işləyən zaman görmə qabiliyyətinin təhlükəsizliyini təmin etmək üçün hər saatdan bir 5 dəqiqə dincəlin!
16.Cihazı düzgün olmayan və vibrasiya olan səth üzərində quraşdırmayın!
*Cihazın düşməsi cihazın zədələnməsinə səbəb ola bilər.Cihazın düzgün səth üzərində quraşdırılmaması onun istifadə müddətini azalda və yaxud  yanğına səbəb ola bilər.
17.Monitorun yerini dəyişən zaman cihazı sönülü vəziyyətə gətirin və elektrik şəbəkəsindən ayırın.Monitorun yerinin dəyişilməsi zamanı mütləq bütün kabelləri antenna kabellərini və cihaza qoşulan bütün digər birləşmələri ayırın!
*Bu qaydalara riayət olunmaması kabellərin zədələnməsinə və elektrik cərəyanının vurmasına gətirib çıxara bilər.
18.Cihazı uşaqların əli çata biləcəyi yerlərdə quraşdırmayın! (uşaqlar cihazın üzərinə çıxaraq onu zədələyə və ya üzərlərinə aşıra bilərlər)
*Cihazın düşməsi ciddi xəsarətlərə, hətta insan ölümünə də gətirib çıxara bilər.
19.Əgər cihazdan uzun müddət istifadə etməyəcəksinizsə, o zaman cihazı elektrik şəbəkəsindən ayırın!
*Əks halda bu tozun yığılmasına və izolyasiyanın yararsız hala düşməsinə səbəb ola bilər. Bu isə öz növbəsində elektrik cərəyanının vurmasına gətirib çıxara bilər.
20.Uşaqların oynadıqları sevimli əşya və ya oyuncaqları monitorun üzərinə qoymayın!
*Uşaqlar əşyanı götürməyə cəhd edə bilər ki, bu da cihazın onların üzərinə düşərək zədə almalarına və hətta ölümünə səbəb ola bilər.
Monitordan istifadə zamanı düzgün oturuş qaydaları!
1.Göz yorğunluğunun qarşısını almaq üçün hər 1 saatlıq istifadədən sonra 10 dəqiqə dincəlmək lazımdır.
2.Monitoru elə yerləşdirin ki,Sizin gözünüzmonitordan bir qədər yuxarı olsun.
3.Monitoru bir qədər aşağı istiqamətdə quraşdırın.
4.Minimal qədər az işıq düşən səviyyəyə çatdırın.
5.Əllərinizı klaviaturaya üfüqi vəziyyətdə qoyun.
6.Monitor qarşısında kreslo və ya stolu elə yerləşdirin ki,gözləriniz displeydən yuxarıda olsun.скачать dle 12.0