İnsan resursları

TEXNİK vəzifəsi üzrə Təcrübəçi

1995-ci ildən bəri servis xidmətində liderik. Samsung tərəfindən Cənubi Qafqazda ən sürətli xidmət mərkəzi seçilmək bizim müştəri məmnuniyyəti və keyfiyyətli xidmət anlayışımızın göstəricisidir. Etibarlı və sürətli xidmət üçün doğru ünvandasınız.












TEXNİK vəzifəsi üzrə Təcrübəçi

Elektron, ev-məişət avadanlıqlarla iş sahəsində Texnik vəzifəsi üzrə uğurlu karyera qurmaq istəyən və peşəkar iş mühitində çalışaraq biliklərini artırmaq və real iş təcrübəsi qazanmaq istəyən gəncləri “Təcrübəçi texnik” vəzifəsinə dəvət edirik.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Elektron, məişət və sair avadanlıqlarının quraşdırılması, təmiri və idarə edilməsi;
- Müvafiq əməliyyat və proseslərdə iştirak edərək müştəri sorğularının həllində dəstək olmaq;
- Tədbirlər zamanı texniki dəstəyin təmin edilməsi.


TƏLƏBLƏR:

- Ali və ya orta təhsil;
- MS Office proqram biliyi;
- Səlis Azəzrbaycan və Rus dili biliyi;
- Aktivlik, operativlik və problemləri tez həll etmə bacarığı;
- Gərgin iş şəraitində işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi və komanda ilə işləmək qabiliyyəti;
- Yaş həddi: 20-35.

NƏ TƏKLİF EDİRİK:

- Müsahibədən keçən şəxslərə teorik və proaktiv təlimin keçirilməsi;
- Təlimi uğurla başa vuran ən yaxşı namizədlərə isə müvafiq sahədə karyera qurmaq imkanı;
- Peşəkar inkişaf üçün geniş imkanlar;
- Yaradıcı və dinamik komanda ilə əmakdaşlıq imkanı;
- 6 ay müddətində ödənişli Təlim;
- Təlim müddəti ərzində nahar, yol pulu və uniforma şirkət tərəfindən təmin edilir;
- 5 günlük iş həftəsi, saat 09:00-17:00-dək;
- İstirahət günləri – şənbə və bazar günləri.

Xahiş olunur CV-ləriniz göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edməklə hr@bakuservice.az adresinə göndərə bilərsiniz.скачать dle 12.0