1995-ci ildən bəri servis xidmətində liderik. Samsung tərəfindən Cənubi Qafqazda ən sürətli xidmət mərkəzi seçilmək bizim müştəri məmnuniyyəti və keyfiyyətli xidmət anlayışımızın göstəricisidir. Etibarlı və sürətli xidmət üçün doğru ünvandasınız.
MÜŞTƏRİ XİDMƏTLƏRİ QƏBULU ÜZRƏ OPERATOR
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Təmir üçün müraciət edən müştərilərin sifarişlərini qeydə almaq, suallarını cavablandırmaq, cihazları yoxlayıb qeydə almaq və təhvil-təslim etmək;
- Müştəriyə və cihaza aid olan məlumatların sistemdə qeydiyyatını aparmaq;
- Müştəriyə xidmətlər barəsində lazımi məlumatların təqdim edilməsi;
- Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqənin yaradılması.
TƏLƏBLƏR:
- Ali və ya orta təhsil;
- MS Office proqramları üzrə biliklər;
- Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
- Azəzrbaycan və Rus dillərində səlis danışmaq;
- Müştərilərlə güclü ünsiyyət qurma bacarığı;
- Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
- Stresə davamlılıq və problemli vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Yaş həddi: 20-50.
İŞ ŞƏRAİTİ:
- 6 günlük iş həftəsi;
- Nahar saat 13:00-14:00;
- İstirahət günləri - bazar günləri;
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
Xahiş olunur CV-lərinizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edməklə hr@bakuservice.az adresinə göndərə bilərsiniz.