İnsan resursları

SATIŞ MÜTƏXƏSSİSİ

1995-ci ildən bəri servis xidmətində liderik. Samsung tərəfindən Cənubi Qafqazda ən sürətli xidmət mərkəzi seçilmək bizim müştəri məmnuniyyəti və keyfiyyətli xidmət anlayışımızın göstəricisidir. Etibarlı və sürətli xidmət üçün doğru ünvandasınız.












SATIŞ MÜTƏXƏSSİSİ

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Müştərilərlə düzgün ünsiyyətin qurulması məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, sualların əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Məhsul və xidmətləri müştəriyə tanıtmaq;
- Satışın stimullaşdırılması üçün təkliflər vermək;
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərinə təqdim etmək;
- Satış üzrə təqdimat qiymət planlamasını və təkliflərin hazırlanması;
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərinə təqdim edilməsi;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.


TƏLƏBLƏR:

- Ali və ya orta təhsil;
- MS Office proqramları üzrə biliklər;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azəzrbaycan və Rus dili biliyi;
- Danışıq qabiliyyəti yüksək olmalı;
- Müştərilərlə güclü ünsiyyət qurma bacarığı;
- Cəld, dinamik, məsuliyyətli, dəqiq, dürüst, icraçılıq qabiliyyəti olmalı;
- Öz üzərində işləmək və daim inkişafa açıq olmaq;
- Strese davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Yaş həddi: 25-45.

İŞ ŞƏRAİTİ:

- 6 günlük iş həftəsi;
- Nahar saat 13:00-14:00;
- İstirahət günləri - bazar günləri;
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
Xahiş olunur CV-lərinizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edməklə hr@bakuservice.az adresinə göndərə bilərsiniz.скачать dle 12.0